Rusiya Premyer Liqasında "İlin futbolçusu" müəyyənləşdi

Rusiya Premyer Liqasında "İlin futbolçusu" müəyyənləşdi
14:37 20 Dekabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyda 2016-cı ilin ən yaxşı futbolçusu açıqlanıb. Rusiya Futbol İttifaqı, Peşəkar Futbol Liqası və "Sport Ekspress" qəzetinin birgə təşkil etdiyi səsvermədə "Krasnodar"ın hücumçusu Fyodor Smolov hamını qabaqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ən yaxın izləyicisi Kuinsi Promesi təxminən 100 bal geridə qoyub. Qeyd edək ki, "İlin futbolçusu" adına 48 namizəd Rusiya Premyer Liqasında çıxış edən yerli və əcnəbi oyunçular nəzərə alınmaqla seçilib.

Rusiya çempionatının ən yaxşı futbolçuları:

1. Fyodor Smolov (Krasnodar)

2. Kuinsi Promes (Spartak)

3. İqor Akinfeyev (CSKA)

4. Serdar Azmun (Rostov)

5. Denis Qluşakov (Spartak)

6. Artyom Dzyuba (Zenit)

7. Juliano (Zenit)

8. Soslan Canayev (Rostov)

9. Kristian Noboa (Rubin)

10. Vasili Berezutski (CSKA)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/500630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR