Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.


Fanat.Az xəbər verir ki, FIFA referilərindən yalnız Rəhim Həsənov baş hakim olacaq. O, "Kəpəz" - "İnter" matçını idarə edəcək.


Bu mərhələnin ən maraqlı qarşılaşması hesab olunan AZAL - "Qəbələ" matçı sabiq FIFA referisi Fariz Yusifova tapşırılıb.

"Sumqayıt" - "Qarabağ" və "Zirə" - "Neftçi" cütlərinin taleyinə böyük ölçüdə aydlnlıq gəldiyindən, həmin qarşılaşmalara əlavə hakim-köməkçiləri təyin olunmayıb. Birinci görüşü Rauf Cabbarov, ikincini Ramil Diniyev idarə edəcək.

21 dekabr


13:00. "Kəpəz” – "İnter”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə. Şəhər stadionu

15:00. "Sumqayıt” – "Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Sumqayıt. "Kapital Bank Arena” stadionu


16:00. AZAL – "Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. "AZAL Arena” stadionu ("CBC Sport”, canlı)


17:00. "Neftçi” – "Zirə”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Bakcell Arena” stadionu

Fanat.Az