Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.


Fanat.Az-ın məlumatına görə, keçiriləcək 4 qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşəcək.


Günün ilk oyunu Gəncədə keçiriləcək. “Kəpəz” ilk oyunda 2 cavabsız qolla uduzduğu “İnter”i sınağa çəkəcək. Bakıdakı yenilgiyə baxmayaraq, Şahin Diniyevin komandası hələ hələ də yarımfinal ümidini itirməyib.


Sumqayıtda eyniadlı komanda “Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 6 cavabsız qolla qalib gələn Ağdam klubu cavab matçını formallığa çevirib.


Elə “Neftçi” - “Zirə” qarşıdurmasında da cütün taleyi böyük ölçüdə həll olunub. “Ağ-qaralar” hər nə qədər qeyri-stabil çıxış etsələr də, Adil Şükürovun komandasının bu gün 4 cavabsız qolla qalib gələcəyi inandırıcı deyil.


AZAL - “Qəbələ” görüşü maraqla gözlənilir. İlk matçda səfərdə əzmkar qələbə qazanan Roman Qriqorçukun komandası favoritdir. Lakin “təyyarəçilər”in vuracağı 1 qol intiriqanı bərpa edə bilər.



Azərbaycan kuboku


1/4 final mərhələsinin cavab oyunları


21 dekabr


13:00. “Kəpəz” - “İnter”

İlk oyun - 0:2

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu


15:00. “Sumqayıt” - “Qarabağ”

İlk oyun - 0:6

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

“Kapital Bank Arena”


16:00. AZAL - “Qəbələ”

İlk oyun - 1:2

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

“AZAL Arena”


17:00. “Neftçi” - “Zirə”

İlk oyun - 3:0

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena”


Fanat.Az