Çinin paytaxtı Pekində mikroavtobus bazar ərazisində sürətlə insanların arasına daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər həlak olub. Yaralıların olduğu da məlumat verilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az