Sabah “Xətai” metro stansiyasının bir hissəsi bağlanacaq

Sabah “Xətai” metro stansiyasının bir hissəsi bağlanacaq
16:18 22 Dekabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 23-dən etibarən “Xətai” metro stansiyasının uzun müddət bağlı olan tuneli sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə Publika.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, sabahdan etibarən adıçəkilən stansiyanın digər tuneli təmirə bağlanacaq: “Uzun müddətdir “Xətai” metrosunun bir hissəsi təmirə dayanmışdı. İndi orada əsaslı təmir işləri aparılıb və sabahdan etibarən sərnişinlər həmin tuneldən istifadə edəcəklər. Stansiyanın digər hissəsi isə təmirə bağlanacaq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/180900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR