Axşam.az xarici KİV-ə istinadən Yeni İl bayramında istirahət etmək üçün üç ada haqqında məlumat verir:
Maldiv adaları - Yeni İldə insanlar buraya ona görə üz tuturlar ki, havanın temperaturu +27°С, suyun temperaturu isə +24°С təşkil edir.
Maldiv adaları sakit çimərlik istirahəti üçün əla seçimdir. Bura gün batımı sehr etmək, üzmək, günəş vannası qəbul etmək etmək üçün gəlirlər. Səs-küylü parti və gecə klubları burada yoxdur.
Əgər çimərlikdən bezdirnizsə, o zaman ekskursiyaya getmək, bazar və mağazalarda gəzərək suvenir almaq olar.
Filippin adaları– Yeni İli qarşılamaq üçün əla yerlərdən biridir. Dekabrın sonunda yanvarın əvvəlində havanın temperaturu +29°С, suyun temperaturu isə +27...+28°С təşkil edir.
Çimərlik ağ qumla parıldayır. Turistlər arasında ən seçilən istiqamət gecə həyatı ilə məşhur olan Boykat adasıdır. Yeni il əhval-ruhiyyəsi hər yerdə hiss olunur: evlər güllü lentlərlə bəzədilir, şam ağacı əvəzinə yerli sakinlər bambukdan istifadə edirlər.
Bir sıra restoran və kafelər turistlərə əyləncə proqramları təklif edirlər: yerli müğənnilər çıxış edir, odlu-şou təşkil olunur. Yeni il gecə isə əsil işıq şousu başlayır, hər bir sakin fişənq partlatmağı özünə borc bilir.
İndoneziya – bu ölkənin Bali, Yava və Bintan adaları çimərlikləri ilə məşhurdurlar. İlin bu vaxtı Balidə havanın temperaturu +30°С dərəcə təşkil edir, hərdən yağış yağır, amma su çox isti olur (+28°С). Bali yaxınlığında ən yaxşı çimərlik kurortları: Nusa-Dua, Sanur və Gili adaları yerləşir.
İstirahət edənlər qoruq və məbədlərə ekskursiyalara gedə, sağlamlıq proseduraları keçə bilərlər.
Səs-küylü parti istəyənlər Kutu, Seminyak və ya Ubud çimərliklərinə gedə bilərlər.
Balidə yeni ili turistlər hava şəraiti imkan verənsə, dəniz qırağında qeyd edirlər, əks halda, otel və ya klubda keçirirlər.