Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiya Federasiya Şurasının Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişi təsdiq edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, saziş Xəzər dənizi regionunda fövqəladə hallarla bağlı xəbərdarlıq üzrə əməkdaşlıq formalarını, eləcə də Xəzəryanı ölkələrin fövqəladə halların qarşısının alınmasına yönəlmiş qarşılıqlı yardım göstərilməsi və fövqəladə halların qarşısının alınması məqsədilə onların ərazisindən keçmək məcburiyyətində olan yardım göstərəcək qrupların tranzit sadələşdirilməsi qaydalarını özündə əks etdirir.
Sənəd Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri arasında 2014-cü il sentyabrın 29-da Həştərxanda imzalanıb.