Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində tədbir keçirilib

Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində tədbir keçirilib
16:52 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir YUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin rəhbəri Şirin Vəliyeva bildirib ki, layihə çərçivəsində Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş peşəkarlar tərəfindən ustad dərsləri keçirilib: "Biz bu layihəni Muzeydəki eksponatların gələcəyini düşünərək həyata keçirdik".
Tədbirdə YUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova və Muzeyın bərpa işləri üzrə direktor müavini Yalçın Səlimov isə layihədən əldə olunan nəticələr haqqında danışıblar.
Sonda "Azərbaycanın mədəni sərvəti" layihəsinın iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/xalca-muzeyinde-azerbaycanin-medeni-serveti-layihesi-cercivesinde-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR