Bakı. 23 dekabr. REPORT.AZ/ Liviyaya məxsus sərnişin təyyarəsini qaçıran şəxslər təslim olublar.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Maltanın baş naziri Cozef Muskat məlumat verib.
Onun sözlərinə görə, ekipajın son üzvləri də təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər.
Qeyd edək ki, qaçırılmış təyyarə Maltada yerə enmişdi. Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi Sabxa şəhərindən Tripoliyə uçurdu. İlkin məlumata görə, təyyarənin göyərtəsində 111 sərnişin və 7 ekipaj üzvü olub.