Fətullah Gülən Obamanın qohumlarını pulsuz oxutdurub

Fətullah Gülən Obamanın qohumlarını pulsuz oxutdurub
10:48 24 Dekabr 2016
189 Dünya
Ölkə mətbuatı
A- A+

FETÖ lideri Fətullah Gülənin ABŞ prezidenti Barak Obamanın qohumlarını Kenyada camaata məxsus məktəblərdə pulsuz oxutduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Böyük Millət Məclisinin (TBMM) 15 iyul dövlət çevrilişinə cəhdi araşdırma komissiyasının hesabatında yer alır.

936 səhifədən ibarət hesabatda FETÖ-nün Barak Obamanın ABŞ-a rəhbərlik etdiyi dövrdə daha da inkişaf etdiyi qeyd olunur.

“160 ölkəni əhatə edən böyük hörümçək toru kimidir. FETÖ-nün 2007-ci ildə İstanbul imamı olan və camaatın Kenya üzrə nümayəndəsi kimi çalışan Ahmet Kara Barak Obamanın andiçmə mərasiminə dəvət edilən şəxslər arasında idi. Obamanın prezidentliyə namizəd olmasından sonra, Gülənin təlimatı ilə Ahmet Kara Obamanın Kenyada yaşayan ailəsi ilə yaxından maraqlanmış, qohumlarının uşaqlarını öz məktəblərində pulsuz oxutmuş və ABŞ prezidentinin nəsli ilə yaxşı əlaqələr qurmuşdur”, - deyə hesabatda qeyd olunur.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR