Konqo Demokratik Respublikasında üsyançılar 13 nəfəri qətlə yetirib
Paylaş
60 baxış·1 dəq oxu
Bakı. 25 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının şərqində yerləşən Şimali Kivu əyalətində nande xalqından olan üsyançıların hücumu nəticəsində xutu etnik qrupunun ən azı 13 nümayəndəsi qətlə yetirilib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, üsyançılar hücum zamanı odlu silah və qılıncdan istifadə ediblər. Ehtimal olunur ki, üsyançılar bu şəkildə ötən həftə 17 dinc nande nümayəndəsinin öldürülməsinin qisasını alıblar.