Məşhur “Pantone” təşkilatı qarşıdakı ilin əsas rəngini müəyyənləşdirib!
Publika.az-ın dəb bölməsi xəbər verir ki, gələn ilin əsas rəngi yaşılın müxtəlif çaları olacaq. Xüsusi ilə də ot çalarının modapərəstlərin qəlbini fəth edəcəyinə şübhə etmək olmaz. Hər halda moda və dizayn sahəsinin əsas peşəkarları trendlər arasında məhz yaşıl rəngin böyük rol oynacağını vəd edib.
Qarderoba yaşılı əlavə etmək üçün gələn ilin gəlişini gözləmək məcbur deyil. Belə ki, bir çox moda evləri yaşılın sarsıdıcı çalarlarında müxtəlif geyimlər təqdim edib. Biz dəb həvəskarlarına ilham verəcək bir neçə nümunə seçmişik.
Aytən











