Klintonun QARABAĞ PLANI, Türkiyə-İran müharibəsi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
394 baxış·6 dəq oxu
Bu gün “Putinin ittifaqları” adlanan qurumların
Sankt-Peterburqda iclasları başlanıb. Türkiyə Suriyanın Əl Bab
şəhərini İŞİD-dən təmizləmək üçün bölgəyə əlavə qüvvələr cəlb edib.
Bazar günü Qara dənizə düşən Rusiyanın Tu-154 təyyarəsinin qəzası
barədə müxtəlif iddialar bir-birinin əvəz edir. Erməni politoloqu
İqor Muradyan ABŞ-ın Qarabağla bağlı planına dair maraqlı bir iddia
irəli sürüb.
ABŞ-ın Rusiyaya qarşı tarixi Qarabağ PLANI – Klinton və
Buş nə istəyirdi?
Erməni politoloqu İqor Muradyanın sözlərinə görə, ABŞ-ın
hələ Bill Klintonun prezidentliyi dövründə dövründə Dağlıq Qarabağ
münaqişəsindən Rusiyaya qarşı şantaj kimi istifadə etmək planı var
idi.
O, bildirib ki, Bill Klinton administrasiyası dövründə hazırlanan
bu plan, Corc Buşun zamanında da aparıldı.
“2001-ci ildə Qarabağ münaqişəsindən Rusiyaya qarşı təzyiq vasitəsi
kimi istifadə edilməsi proqramları var idi. ABŞ həm təzyiq, həm də
NATO-nun genişlənməsi üçün Qarabağ məsələsini qaldırmağı düşünürdü.
Lakin Rusiya ağıllı davrandı və tələyə düşmədi”, - deyə o
bildirib.
İ.Muradyan qeyd edib ki, Ki-Uest görüşündə bütün plan alt-üst
oldu.
Bu Rusiyanın Sanks-Peterburq şəhərində Kollektiv
Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Ali Avrasiya İqtisadi
Şurasının iclasları başlayıb.
Ermənistan prezidenti Serj Sarkisyanın qatıldığı toplantılarda
Belarus lideri Aleksandr Lukaşenko iştirak etmir. Kremlin sözçüsü
Dmitri Peskov bildirb ki, bu imzalanacaq qərarlara təsir etməyəcək.
Onun sözlərinə görə, sənədlər Minsklə qabaqcadan
uyğunlaşdırılıb.
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Gömrük
kodeksini imzalamayıb. Bu haqda Avrasiya İqtisadi
Komissiyasının kollegiya sədri Tiqran Sarkisyan bildirib. “İki
sənəddən başqa bütün sənədlər imzalanıb. Qırğızıstan Avrasiya
İqtisadi İttifaqının ticarət siyasətinin inkişafı haqqında bəyanatı
və Gömrük kodeksini imzalamayıb”, - deyə Sarkisyan vurğulayıb.
Onun sözlərinə görə, qalan 20 sənəd imzalanıb.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) yeni baş katibi Ermənistanın nümayəndəsi ola
bilər”. Bu barədə rusiyalı politoloq Aleksandr
Karavayev deyib.
Karavayevə görə, Ermənistan öz nümayəndəsinin KTMT-yə rəhbərlik
etməsini istəyirsə, o zaman Dağlıq Qarabağla bağlı söz verməlidir:
“İclasda Ermənistanın Qarabağ məsələsində mövqelərini gücləndirmək
üçün KTMT-ni təzyiq meydançası kimi istifadə etməyə başlamayacağı
müəyyən edilərsə, təşkilatın baş katibi erməni nümayəndəsinin
olması müzakirə edilə bilər”.
Putindən Ermənistana “baş katib əvəzinə Qarabağ” şərti
KTMT-nin iclası bu gün axşam saatlarında Sankt-Peterburqda başlayacaq.
Suriya cəbhəsi
Suriyanın Əl Bab şəhərinin İŞİD terror təşkilatından
təmizlənməsi üçün Türkiyə ordusu və Azad Suriya Ordusu tərəfindən
aparılan əməliyyatlar davam edir. Fərat çayınınşərqində başlayan
“Fərat Qalxanı” hərəkat çayın şərqinə keçə bilər.
Türkiyəli yazar Mehmet Acetin məlumatına görə, artıq bununla
bağlı siqnal verilib.
Ankaradan MÜHARİBƏ ANONSU: Yeni hərbi əməliyyat hazırlığı
Yeni hərbi əməliyyatlara başlaya bilər.
İkinci cəbhə açılır: Türkiyə-İran müharibəsi
QAPIDA
“Yeni Şafak” qəzeti etibarlı mənbələrə istinadən
Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlib olduğunu xəbər
verib. Qəzet yazır ki, Yaxın Şərqdə “şiə
federasiyası” yaradılması planlaşdırılır: “Bu plana görə, məzhəb
federasiyası Suriyanın şimalında Türkiyə sərhədindən başlayaraq,
Hələb, İdlib, Hama və Humusa qədər ərazini əhatə edəcək. Əsəd, İran
və Rusiyanın radikal qrupları bəhanə gətirərək, İdlibə hücum
edəcəyi haqqında məlumatlar var. İddialara görə, İranın
dəstəklədiyi qruplar Hələb və şəhərin ətrafına yerləşdirilir. Onlar
İdlibə müdaxiləyə bəhanə yaratmaq üçün məzhəb qarşıdurması
yaradacaqlar”.
Hərbi mənbələr, Əsədin Türkiyənin Hatay bölgəsi ilə sərhəd olan
İdlibə hücum edəcəyi halda, Ankaranın ikinci cəbhəni aça biləcəyini
deyir.
“Hazırda İdlibə ediləcək mümkün hücuma qarşı hazırlıqlar görülür.
Ankara hərbi müdaxiləyə ehtiyac yaranmaması üçün Suriyada müxalif
qrupları bir mərkəzdə toplayır. İdlibin təhlükəsizliyi üçün Azad
Suriya Ordusunun qrupları ora göndərilir”, - deyə hərbi mənbələr
vurğulayıblar.
İkinci cəbhə açılır: Türkiyə-İran müharibəsi QAPIDA
Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlibdir.
Türkiyə Əl Babın İŞİD təmizlənməsi prosesini
sürətləndirmək üçün terror təşkilatına son zərbəni vurmağa
hazırlaşır. Bunun üçünKayseri 1-ci Komando
Briqadasından 500 komando Əl Baba göndərilib. Ölkənin cənubi-şərqi
və şərqində PKK terror təşkilatına qarşı əməliyyat təcrübəsi olan
Kayseri 1-ci Komando Briqadası “terrorçu ovçusu” adlanır.
Mahalda ən strateji yeri olan Akıl dağını İŞİD-dən təmizləyən
Türkiyə ordusu və Azad Suriya Ordusu Əl Babı tamamilə mühasirəyə
alıb. Şimal və qərb istiqamətində kənar məhəllələrinə girən
birliklər terrorçu kamikadzelərin hücumlarına qarşı tədbirlər
görməkdədir.
Son məlumatlara görə, Hələbdən çıxarılan Azad Suriya Ordusunun
1400 əsgəri də Əl Baba gəlib.
Sosial şəbəkələrdə Türkiyənin Suriyada itirdiyi
hərbi texnika haqqında məlumatların olduğu cədvəl
çıxıb. Göstərilən məlumatlara əsasən, Türkiyə ordusu
Əl Bab şəhərinə hücumun gedişatında ən azı 10 “Leopard 2A4” tankını
itirib.
Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi Əl Bab
əməliyyatında iştirak edən qüvvəni “Leopard 2A4” tanklarının olduğu
tank batalyonu ilə gücləndirdi. Tank batalyonu İstanbul, boğazlar
və ölkənin Avropa hissəsini müdafiə edən Birinci Ordu Korpusuna
daxildir.
Türkiyəyə sığınan 18-45 yaş arası suriyalılar hərbi
əməliyyatlara cəlb oluna bilər. Artıq bununla bağlı
change.org saytında “Türkiyədə olan 18-45 yaş arası suriyalılar
hərbi xidmətə çağırılsın. Suriya üçün savaşsın” adı altında imza
kampaniyasına start verilib.
Sabah da yağış yağacaq
Bazar günü Qara dənizdə qəzaya Rusiyanın Tu-154
təyyarəsinin axtarışları davam edir. Və qəzanın səbəbləri barədə
müxtəlif iddialar da bir-birinin əvəz edir.
Bu iddialardan biri təyyarənin qaçırılması ilə bağlıdır.
Sözügedən iddianı Rusiya Aviasiya Birliklərinin Koordinasiya
Mərkəzinin keçmiş rəhbəri Vitaliy Andreyev çıxış edib. Aviasiya
sahəsində 47 illik təcrübəsi olan V.Andreyev hesab edir ki, Tu-154
təyyarəsinin qəzadan öncə yardım siqnalı göndərməməsi gözlənilməz
hadisənin baş verdiyini göstərir.
Rusiya kəşfiyyatı təyyarə qəzasının dörd əsas
versiyasını açıqlayıb. Federal Təhlükəsizlik Xidməti (FTX)
Qara dəniz üzərində Tu-154 təyyarəsinin qəzası üzrə dörd əsas
versiyanı yoxlayır. Bunlar mühərrikə yad cismlərin
düşməsi, keyfiyyətsiz yanacaq, mühərrikin fəaliyyətini dayandırması
və pilotların səhvidir.
Bildirilib ki, laynerdə terror aktı və ya diversiyanı göstərən
əlamətlər və faktlar hazırda qeydə alınmayıb.
KİV-də isə təyyarəsinin havada partladığı iddia
edilən görüntülər yayılıb. İnterfaks” agentliyinə
qəzanın araşdırılması üzrə operativ qərargahdakı mənbə görüntülərin
həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Soçi
aeroportuna yaxın kameraların obyektivinə düşmüş sirli partlayışın
Rusiyanın Tu-154 təyyarəsinin qəzası ilə heç bir əlaqəsi
yoxdur.
“Dünən Qara dənizin üzərində partlayışın olduğunu göstərən
xarici müşahidə kameralarının videoyazıları diqqətlə öyrənilib.
Müəyyən edilib ki, videoyazı təyyarənin radarlardan itməsindən
təxminən yarım saat sonra qeydə alınıb və təyyarə qəzası ilə heç
bir əlaqəsi yoxdur”, - mənbə deyib.
Xatırladaq ki, göyərtəsində musiqiçilər, jurnalistlər və
hərbçilərin olduğu təyyarə dünən Soçidən havaya qalxandan 7 dəqiqə
sonra Qara dənizə düşüb. Qəza nəticəsində 84 sərnişin və ekipajın 8
üzvü olmaqla 92 nəfər həyatını itirib.
Cənubi Asiyada təhlükəli həmlə
Hindistan Cənubi Asiyada olduqca gərgin olan
vəziyyəti daha da gərginləşdirəcək addım atıb. Ölkə Aqni-V
qitələrarası raketini sınaqdan çıxarıb. Yeni raket
nüvə başlığı daşımağa qadirdir. Bu, Aqni-V raketinin 2012-ci ildən
bəri keçirilən 4-cü sınağıdır. Bütün sınaqların hamısı uğurla
həyata keçirilib. Bu raket 5500 kilometr məsafədəki istənilən
hədəfi məhv etmək gücündədir. Rəsmi Dehli indiyə qədər bu raketin
xarakteristikası haqqında heç bir məlumat vermir.