Konqo Demokratik Respublikasının şərqində döyüşçülərin kəndlərə hücumu nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən “France Presse” agentliyi bildirib.

Üsyançı Milli Azadlıq ordusunun silahlıları Kivu əyalətində istirahət günlərində bir neçə kəndə hücum edib. Hərbçilər 4 silahlını məhv edə biliblər.

Ruanda və Uqanda ilə həmsərhəd olan əyalət regional müharibələrə görə boşaldılıb. Milyonlarla insan 1996-cı ildən 2003-cü ilə qədər davam edən qarşıdurmalardan zərər çəkib. 700-dən çox insan isə son iki il ərzində Milli Azadlıq ordusunun hücumların qurbanı olub.

Ömər Dağlı