Bu barədə “Report”a Komissiyasnın sədri, deputat Ağacan Abıyev məlumat verib.
O bildirib ki, iclas deputat Astan Şahverdiyevin “Azadlıq” radiosuna verdiyi müsahibədə işlətdiyi ifadələr ilə bağlı olub: “Astan Şahverdiyev özü iclasa dəvət edilmişdi. O, səhvini etiraf etdi, Azərbaycanda və dünyada yaşayan bütün azərbaycanlılardan üzr istədi”.
İclasda A.Şahverdiyevə xəbərdarlıq edilib.