Qalmaqallı videonun qəhrəmanı olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Muxtar Tinikeyev deputat səlahiyyətlərindən məhrum edilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, parlament Muxtar Tinikeyevin deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırması haqqında Mərkəzi Seçki Komissiyasının müraciətini dəstəkləyib.
Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Muxtar Tinikeyevin Karakanda şəhəri məclisinin deputatı Nikolay Polevoqoya oxşar insanı döydüyünü göstərən görüntülər yayılıb. Muxtar Tinikeyev sonradan həmkarları və seçicilərindən üzr istəyib.
Məclisin deputatı həmkarını döydü – ŞOK VİDEO
Kadrların nə vaxt və harada çəkildiyi məlum deyil.