Amerikalı aktrisa Pamela Andersonun xərçəng xəstəliyinə tutulma ehtimalı var.
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu barədə Pamelanı Hepatit C xəstəliyindən müalicə edən həkimlər bildiriblər.
Həkimlər vurğulayıblar ki, aktrisa uzun müddət əziyyət çəkdiyi xəstəliyi ilə bağlı çoxlu dərmanlar atıb və həmin dərmanlar orqanizmdə xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
Onlar artıq iki nəfərin Hepatit C-ni müalicə edib xərçəngə yoluxduğunu təcrübələrində gördüklərini söyləyiblər.
Qeyd edək ki, Pamela uzun müddət Hepatit C xəstəliyindən əziyyət çəkib və bu yaxınlarda ondan müalicə olunaraq sağaldığını qeyd edib.
"Çox sevinirəm. Artıq Hepatit C-dən tamamilə qurtuldum. Bu xəstəliyin daşıyıcılarına məsləhət görürəm ki, müalicə alsınlar və sağalsınlar", - deyə o, İnstaqram səhifəsində yazıb.
Milli.Az