Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyi 2017-ci il fevralın 5-8-də Əfqanıstana ixrac missiyası təşkil edir.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ixrac missiyasında iştirak etmək üçün ixracatçılar Nazirliyə müraciət etməlidir. Bu missiyanı əhatə edən sektorlar - süd və süd, ət və ət məhsulları, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, un və un məmulatları və digər sənaye məhsullarıdır.
İxrac missiyalarında iştirak edəcək ixracatçılar İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkil etdiyi müsabiqə əsasında seçiləcək.
Müsabiqə yanvarın 26-da “Azpromo”da (Bakı Biznes Mərkəzi, Neftçilər prti,32; e-mail: destek@azpromo.az; tel.: (+994 12) 598 01 47/48) təşkil olunacaq.
İxracatçılar tələb olunan sənədləri yanvarın 16-dək “Azpromo”ya təqdim etməlidir.