Artıq Bursa təmsilçisi oyuna hazırlıqları başa vurub. Baş məşqçi Hamza Hamzaoğlunun rəhbərliyi altında keçirilən son məşq mətbuat üçün qapalı olub. Yerli mətbuat "Bursaspor"un oyun üçün 18-liyini dərc edib. Siyahıda millinin hücumçusu Deniz Yılmaz da yer alıb.
"Bursaspor"un ev sahibi olacağı oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, kubokun növbəti oyunu yanvarın 18-də keçiriləcək. Həmin qarşılaşmada rəqib "Akhisar" olacaq.