Viktoriya Bekhem moda sahəsində göstərdiyi xidmətlərinə görə Britaniya imperiyasının ordeni ilə təltif olunacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda modelyer kimi fəaliyyət göstərən “Spice Girls” qrupunun keçmiş üzvi Britaniya imperiyasının ordeninə layiq görülüb. Məlum olub ki, Britaniya kraliçası bu Miladda medalla təltif edilənlərin siyahısına Viktoriyanı da daxil edib. Məlumatda bildirilib ki, orden onun moda sahəsində verdiyi töhfələrlə, eləcə də xeyriyyəçiliyə görə təqdim olunacaq,
Xarici KİV-in yazdığına görə, Viktoriya əziyyətinin kraliça tərəfindən qiymətləndirilməsindən çox şad olub. Böyük Britaniya kraliçası HİV / QİÇS-ə qarşı mübarizə proqramlarına görə, onu BMT-nin xoşməramlı səfiri adlandırıb.
Xatırladaq ki, məşhur modelyerin futbolçu həyat yoldaşı Devid Bekhem 13 il əvvəl idman sahəsində xidmətlərinə və futbolun inkişafına verdiyi töhfələrə görə bu cür mükafata layiq görülüb. D.Bekham 2003-ci ildə Britaniya imperiyası ordeninin zabiti olub.
Aytən










































