2016-cı ili də beləcə başa vururuq. Şübhəsiz, hər sahədə olduğu kimi idman dünyasında da yaddaqalan hadisələr az olmadı. Portuqaliyanın Avropa çempionluğu, Braziliyadakı Yay Olimpiya Oyunları xoş xatirələrlə yadda qalsa da, ilin sonlarında "Şapekoense" klubunun faciə nəticəsinə bütün dünyada tanınması hər kəsi təəssüfləndirdi.

Publika.az 2016-cı ildə dünyada baş verən ən mühüm idman hadisələrini təqdim edir.

"LESTER" MÖCÜZƏSİ

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Ötən mövsüm "Lester" üst-üstə oyunlar udanda heç kim sonda onların çempion olacağını gözləmirdi. Klaudio Ranyerinin başçılığı altında Vardi, Mahrez, Kante kimi heç kimin tanımadığı futbolçular möhtəşəm oyun sərgiləməklə Premyer Liqanın nəhənglərini geridə qoyaraq çempionluq yaşadı.

LEBRON CEYMS "KLİVLEND" FORMASI İLƏ DƏ ÇEMPİONLUQ YAŞADI

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Peşəkar basketbol karyerasına başladığı komandaya geri qayıdan Lebron Ceyms 2016-cı ildə GSW-yə qarşı 3-0 geriyə düşdüyü final seriyasında 4-3 qalib gələrək tarixi çempionluq qazandı. Final oyunlarında Lebron Ceymsin oyunu isə görülməyə dəyərdi.

ÖLKƏ ÇEMPİONLARI

ay105111019football-totte

İngiltərədə Leicester City, İspaniyada Barcelona, İtaliyada Juventus, Almaniyada Bavariya, Fransada PSG, Türkiyədə Beşiktaş, Rusiyada CSKA, Hollandiyada isə PSV çempionluq yaşadı. Azərbaycanda isə növbəti dəfə Qarabağ ölkə çempionu olmağı bacardı.

ZİDANE İLƏ 11-Cİ ÇEMPİONLAR LİQASI

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Keçən sezona Rafa Benitez ilə başlayan Real Madrid oynatdığı oyundan razı qalmayaraq klubun əfsanəsu Zinnedine Zidane’ı klubun başına gətirdi. Finalda Atletico Madridi məğlub edən kral klubu növbəti dəfə Avropanın ən böyüyü oldu.

PORTUQALİYA TARİXİNDƏ İLK DƏFƏ AVROPA ÇEMPİONLUĞU YAŞADI

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Fransada keçirilən EURO 2016’nın finalında ev sahibi Fransa ilə Portuqaliya qarşılaşdı. Griezmann ilə Ronaldo’nun növbəti dəfə finalda qarşılaşdığı oyunda kuboku portuqallar qaldırdı. Ronaldonun zədələnərək ağlayaraq oyunu tərk etməsi yəqin ki, çempionatın ən yadda qalan anı idi.

BRAZİLYADA İLK YAY OLİMPİYA OYUNLARI: RİO2016

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Avqust ayında keçirilən növbəti Olimpiya oyunları Braziliyanın Rio de Janeiro şəhərində baş tutdu. Karnaval kimi açılışı ilə yadda qalan oyunlarda Phepls və Usain Bolt yenə ən çox danışılan atletlər olaraq ön plana çıxmışdı.

Olimpiyadanın ən çox medal üç ölkəsi isə 121 medalla ABŞ (46 qızıl, 37 gümüş, 38 bürünc), 67 medalla B.Britaniya ( 27 qızıl, 23 gümüş, 17 bürünc) və 70 medalla Çin ( 26 qızıl, 18 gümüş, 26 bürünc) oldu. Azərbaycan isə 1 qızıl, 7 gümüş və 10 bürünc ilə tarixinin ən uğurlu Olimpiyadasını keçirdi.

ANDY MURRAY ATP REYTİNQİNDƏ BİRİNCİLİYƏ YÜKSƏLDİ

murray-wimbledon-2016-tuesday29 yaşlı şotland atlet 2016-cı ildə Australia Open, Rolland Garros, Wimbledon və Olimpiya çempionluğu yaşayaraq karyerasının ən uğurlu sezonunu keçirərək ATP reytinqlərində birinciliyə yüksəldi.

NİCO ROSBERG KARYERASINDA İLK DƏFƏ F1 ÇEMPİONU OLDU

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Bu il Formula 1 sezonu iki McLaren pilotu Rosberg və Hamilton arasında yaşandı. Alman pilot 31 yaşında ilk dəfə çempionluq yaşadı. Daha böyük sürpriz isə çempionluğun ardından karyerasını sonlandırdığını bildirdi. Nico Rosberg həyatda ən böyük arzusuna çatdığını və pilotluğa davam etməyəcəyini açıqladı.

ŞAHMATDA MAGNUS CARLSEN SERGEY KARYAKİN RƏQABƏTİ

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Şahmat üzrə dünya çempionatının finalında norveçli Magnus Carlsen ilə rus Sergey Karyakin qarşılaşdı. Şahmatsevərlər üçün həyəcanlı final seriyasının yaşandığı oyunlarda qalib Magnus Carlsen oldu.

CHAPOCOENSE BÜTÜN HEYƏTİNİ TƏYYARƏ QƏZASINDA İTİRDİ

skysports-fans-chapecoense-brazil_3846619İlin sonuna doğru Braziliyanın Chapocoense futbol klubunun təyyarəsi qəza keçirməsi ilə komandanın 22 oyunçusu vəfat etdi. Federasiya rəqib komandanın təklifi ilə Sudamericana finalına yüksələn komandanı çempion etməsi də təqdirə layiq idi.