Dünya tarixində ən genişmiqyaslı iqtisadi islahatlardan biri 25 il əvvəl başlandı: sovet iqtisadiyyatını bazar relsləri üzərinə qoymağa çalışdılar. İslahatların nəticələri və onların metodlar haqqında mübahisələr indiyə kimi davam edir.

Publika.az xəbər verir ki, lenta.ru saytı sözügedən islahatların metodları və onların nəticələrini yenidən gündəmə gətirib.

Lenta.ru Yeltsin-Qaydar komandasının “şok terapiyası” haqqında materialın birinci hissəsində ölkənin həmin vaxt hansı vəziyyətdə olduğunu xatırladıb və islahatların niyə lazım olduğunu aydınlaşdırmağa çalışıb.

Bəziləri hesab edilər ki, Yeqor Qaydar hökumətinin radikal addımları bazar iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyırdı və bütovlükdə müvəffəqiyyətlə nəticələndi. Başqaları isə bildirirlər ki, islahatlar “şok terapiyası” idi və çox ağrılı keçdi, islahatlar çox uğursuz olsa da həmin vaxt Rusiyanın sadəcə olaraq başqa seçimi yox idi. Üçüncülər isə əmindir ki, islahatların metodları yolverilməz idi və vəziyyəti yalnız çətinləşdirdi, on milyonlarla insanı əziyyət çəkməyə məcbur etdi, sənayeni dağıtdı.

Yeltsin-Qaydar komandası Qorbaçova qarşı: Rusiya üçün “ŞOK TERAPİYASI”

1991-ci ilin sonunda ölkə iqtisadiyyatında vəziyyət pisləşdi. Daha əvvəlki illərdə qeydə alınan malların ümumi defisiti yenidənqurma dövründə yalnız gücləndi. Müəyyən dərəcədə bu effektsiz iqtisadiyyatın ümumi böhranı və bəzi uğursuz yeniliklərlə bağlı idi. Məsələn, iqtisadiyyatın daxilində tənzim edilən qiymətlərin saxlanılması zamanı xarici ticarət üzrə dövlət inhisarçılığının ləğvi faciəli nəticələrə gətirib çıxardı. İstehsalçılar və vasitəçilər bununla da məhsulun çatışmazlığı böhranını dərinləşdirərək kütləvi ucuz yerli malları hazırlamağa başladılar.

SSRİ-nin mövcudluğunun son iki ilində kart sistemi hər yerdə tətbiq edilmişdi. Rəsmi qiymətlər artmağa davam edirdi və 1991-ci ildə 2,5 dəfə artdı. Hər halda bir çox vətəndaşlar üçün xalq istehlakı malları əlçatmaz oldu. Bu ümumi etiraz aksiyalarına səbəb oldu. Bunlardan ən məşhuru “tütün qiyamları” idi.

Dövlətin maliyyə vəziyyət yaxşı deyildi. 1980-ci illərin ikinci yarısında neftə qiymətlərinin azalması ixracat gəlirlərinin kəskin düşməsinə gətirib çıxardı. İslahatçı hökumətində iqtisadiyyat naziri vəzifəsini tutmuş Yevgeni Yasin bildirir ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində gəlirlərin azalması ilə SSRİ-nin iqtisadi zəifliyi görünməyə başladı.

Yeltsin-Qaydar komandası Qorbaçova qarşı: Rusiya üçün “ŞOK TERAPİYASI”

SSRİ mal nomenklaturasının əhəmiyyətli hissəsi üzrə idxaldan son dərəcə asılı idi. Bu, həm istehlak malları, həm də sənaye avadanlığı və materialların bəzi növlərinə aid idi. 1983-cü ildə SSRİ-nin xarici borcu cəmi beş milyard dollar təşkil edirdi. Amma xaricdəki mülkiyyətlərə əvəz olaraq bütün sovet borclarını öz üzərinə götürmüş Rusiyanın 10 il sonra xarici borcu 100 milyard dollar idi. Siyasi sarsıntılar da həmçinin iqtisadiyyata zərər vururdu. Bəzi respublikalar artıq 1991-ci ildə de-fakto olraq müstəqil idilər. Bəzilərində silahlı konfliktlər başlanmışdı. Mərkəzi hökumətlər rəqabət aparan yeni Rusiya rəhbərliyi də bu mərkəzdənqaçma kampaniyasında geri qalmırdı. Sonda, məhz RSFSR-nin prezidenti Boris Yeltsinin səyləri SSRİ-in başçısı Mixail Qorbaçovu hakimiyyətdən məhrum etdi. Daha vahid ölkədən danışmaq mümkün deyildi.

Rusiyanın özünün daxilində də vəziyyət daha yaxşı deyildi. Sovet modeli çərçivəsində iqtisadiyyatı sabitləşdirmək cəhdləri məhv oldu. 1991-ci ilin əvvəlində artıq aydın oldu ki, təsərrüfatçılığın bazar üsuluna keçidi qaçılmazdır. Həmin vaxt milli iqtisadiyyatların xilas edilməsi üçün müxtəlif proqramlar meydana çıxmağa başladı. Onlardan biri də Qriqori Yavlinskinin “500 gün” proqramı idi. Proqram qiymətlərin liberallaşdırılmasın və bazara kifayət qədər sürətli keçidə əsaslandırılmışdı. Proqram həmçinin sovet sosial zəmanətlərinin əhəmiyyətli hissəsini təmin edirdi. Lakin Yeltsin islahatçılar qrupunu üstün tutdu və 1991-ci ilin noyabrında RSFSR hökumətinə Yeqor Qaydar başçılıq etdi.

Həm cəmiyyətdə, həm də məmurların özündə kəskin islahatlara tələbat var idi. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Ruslan Qrinberqin sözlərinə görə, həmin vaxt sovet və Rusiya rəhbərliyi bazara sürətli keçidi istəyirdi.

“Hər iki tərəf rəqabət aparmağa başladı və bu, onları populist olmağa məcbur etdi. Onlar hamıya maaşları qaldırmağa söz verdilər”, - o deyib.

Qaydar hökumətinin ideyaları iki əsas maddədən ibarət idi: istehlak bazarının mallarla doldurulması və qiymətlərin liberallaşdırılması, müəssisələrin şəxsi əllərə sürətlə ötürülməsi. Bütün dəyişikliklər qısa müddətə olmalı idi.

Yevgeni Yasin qeyd edir ki, neft qiymətlərinin kəskin düşməsi dəyişikliklərə ehtiyac olduğunu açıq göstərirdi. Onun sözlərinə görə, sovet baş naziri Nikolay Rıjkov və SSRİ prezidentinin məsləhətçisi Abalkinin komissiyası tərəfindən təklif edilən dəyişikliklər nəticələr vermirdi. “Hər il 20 faizlik büdcə kəsirinə malik olmaq çox ağır idi. Hansısa yavaş dəyişikliklər effektsiz idi”, - deyə Yasin əlavə edib.

Yeltsin-Qaydar komandası Qorbaçova qarşı: Rusiya üçün “ŞOK TERAPİYASI”

Həmçinin qeyd etmək lazımdır ki, sovet iqtisadçılarının əksəriyyəti – həm radikal liberallar, həm də bazara tədricən keçidin tərəfdarları iqtisadiyyat üzrə dərin biliklərə malik deyildilər. Belə bir vəziyyət sovet iqtisadi məktəbinin dünyadan təcridi nəticəsində yaranmışdı.

Belə bir vəziyyətdə hansısa ilhamverici təcrübə həyati əhəmiyyət daşıyırdı. Variantlardan biri Çin idi. Ancaq bir neçə səbəbə görə Çinin təcrübəsini hətta nəzərdən keçirməyə başlamadılar. “1980-ci illərin bütün müzakirələrində “orta məxrəc” yolu – yenidən strukturlaşdırma və xırda biznes üçün tam azadlıqlar ardıcıllıqla rədd edilirdi. Bu, Çin modelini xatırladardı”, - deyə Rusiya Elmlər Akademiyasının beynəlxalq kapital bazarları üzrə elmi işçisi Yakov Mirkin vurğulayıb.

1980-1990-cı illərdə dünyada neoliberal iqtisadi nəzəriyyə hökmranlıq edirdi. Bu nəzəriyyə bildirir ki, dövlət çox pis sahibkardır və iqtisadiyyatda onun rolu minimuma endirilməlidir. Bu nəzəriyyə 1989-cu ildə Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bank tərəfindən “Vaşinqton razılaşması” ilə möhkəmləndirilmişdi. Amma Avropa və Amerika nəzəriyyəsi və iqtisadi təcrübəsində heç də həmişə belə deyildi.

“Həmin vaxtın Qərb liderləri olan Marqaret Tetçer, Helmut Kol və Ronald Reyqan bazar iqtisadiyyatını təcəssüm edirdilər. Onların şüarı “Smitə geri!” idi. Görünürdü ki, Qərb 1950-1960-cı illərdən daha artıq sosialist idilər. Rusiya islahatları o zaman həyata keçirməyə başladı ki, azad bazar doktrinası dəbdə idi”, - Ruslan Qrinberq bildirib.

Ömər Dağlı