Rusiya imperiyasını təqribən 305 il idarə etmiş Romanovlar sülaləsinin sonuncu imperatoru II Nikolay Romanovun ən yaşlı varisi və qardaşı nəvəsi, yazıçı və tarixçi Dmitri Romanov 90 yaşında vəfat edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Dmitri Romanov uzun illərdən bəri yaşadığı Danimarkada həyatını itirib.

O, ötən həftə Danimarkada xəstəxanaya yerləşdirilib.

Dmitri Romanovun həyat yoldaşı şahzadə Teodora Alekseyevna da bildirib ki, Dmitri Romanov ürək çatışmamazlığından vəfat edib.

Vasif Həsənli

Romanovlar sülaləsinin ən yaşlı varisi öldü – FOTOLAR