Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu "Reina" qətliamını reallaşdıran terrorçunun şəxsiyyətinin təyin olunduğunu söyləyib.
Nazir: "Ortaköy terrorunu törədənin şəxsiyyəti müəyyən edilib, işlər davam edir", - deyib. Çavuşoğlu terrorçunun şəxsiyyətini açıqlamayıb.
Milli.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, daha sonra nazir: "15 iyul - çevrilişə cəhd sonrası, həqiqətən, xüsusilə Qərb ölkələri çox ciddi səhvlər etdi. Bəzi Türkiyə əleyhdarları çevriliş cəhdinin baş tutmasını belə istədilər", - deyib.
Təhməz Təkin
Milli.Az