Uqandada inək ağır qol qəzasına səbəb olub.
Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Məlumata görə, mikroavtobusun sürücüsü yolda hərəkət edən inəkdən qaçmağa cəhd edərkən bir neçə avtomobillə toqquşub. Zəncirvarı qəzada 8 nəfər hadisə yerində, daha 6 nəfər xəstəxanada ölüb. İnək maşınlardan birinin ona çırpılması nəticəsində tələf olub.