Tacikistanda eşşəklərin qiyməti kəskin şəkildə, qəflətən bahalaşıb. Belə ki, ötən ilin dekabr ayının əvvəllərində "yaxşı" eşşəyin qiyməti 100-200 somoni (təqribən 25 dollar) idisə, indi eşşək sahibləri ulaq uçun 4-5 dəfə artıq pul tələb edirlər.
Milli.Az Asia-Plus-a istinadən bildirir ki, yerli sakinlərin dediklərinə görə, bunun başlıca səbəbi Tacikistanın bir sıra rayonlarında eşşəklərin topdansatış şəkildə satın alınaraq onların ətinin və dərisinin Çinə göndərilməsidir.
"Gələn alverçilər bütün eşşəkləri alırlar. Eşşəyin yaşına, vəziyyətinə baxmırlar. Hətta qoca eşşəkləri də həvəslə alırlar", - Tacikistanın Dağlıq Bədəxşan vilayətinin sakini deyib.
Gecələr eşşəkləri yük maşınlarına doldurub paytaxt Düşənbəyə aparırlar. Tacikistanda indi yiyəsiz eşşək qalmayıb.
The Guardian bildirir ki, Çində eşşək dərisinə tələbat artıb. Çinlilər dünyanın ən müxtəlif ölkələrində eşşəklər alırlar. Ötən ilin dekabr ayında Niger və Burkina-Fasoda çinlilərin kütləvi şəkildə eşşək alması səbəbindən bu ölkələrdə eşşək ixracı yasaqlanıb.
Hindistan və Pakistandan eşşəkləri Çinə aparırlarsa, Rusiyadan, Ukraynadan, Tacikistandan, Qazaxıstan və Qırğızıstandan Çinə eşşək əti ilə dərisini daşıyırlar.
Rəsmi statistikaya görə, hazırda Tacikistanda 186 mindən artıq eşşək var.
Çində eşşəyin əti yeyilir, dərisindən isə xalq təbabətində istifadə olunur.
Milli.Az