Müğənni Zamiq Hüseynov evlənmək istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, sevəcəyi xanımı tapsa, bu il toy edəcək:

"İstəyərəm toyum olsun. Artıq dostlarım da bu haqda çox deyir. Özüm də hiss edirəm ki, artıq vaxtıdır. Allahın qismətidir. Yarını axtarmaq və tapmaq lazımdır. Namizədim yoxdur".

Qeyd edək ki, Z.Hüseynov bir dəfə nişanlı, bir dəfə ailəli olub.

Milli.Az