Aktyor Kıvanç Tatlıtuğ və xanımı Başak Dizer Şimali Kiprdə villa almağa hazırlaşır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulu tərk etməki fikrində olan Kıvanç buradakı gərginlikdən yorulub.

Son zamanlar boşanacağı deyilən Kıvanç və Başak həmin xəbərlərdən sonra Kiprdəki otellərdən birində birgə tətil ediblər. Burada ev almağa hazırlaşan cütlüyün tezliklə Kiprə qayıdıb Girnedə ev alacağı deyilir. Onun bu qərarı "Cesur ve Güzel" serialındakı işinə mane olmayacaq.

Qeyd edək ki, Şimali Kiprdə Ajda Pekkan və Cenk Eren kimi ulduzların evi var. Bu yaxınlarda Sibel Can, Serdar Ortaç və Necati Şaşmazıda Girnedə ev almağa hazırlaşır.