Donald Trampın ABŞ-ın prezident seçkilərində qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.

Mili.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı "Forbes" jurnalı yayıb.

Bu artım Rusiyanın qiymətli kağızlarının dəyərinin artması və milli valyutanın möhkəmlənməsi ilə izah olunur.

Noyabrın 8-dən sonra sərvətini ən çox artıran "NOVATEK"in rəhbəri Leonid Mihelson olub. Jurnalın yazdığına görə, iş adamının aktivlərinin dəyəri 1,9 milyard dollar artaraq 18,2 milyard dollara çatıb. Mihelson 2016-cı ildə Rusiyanın ən varlı iş adamları reytinqində birinci yeri tutur.

"Forbes" qeyd edir ki, əgər amerikalı milyarderlərin sərvəti Trampın qələbəsindən sonra orta hesabla 2,8% artıbsa, ən varlı rusiyalıların sərvəti orta hesabla 7,1% artıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində