Bakı. 11 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubunun futbolçusu Amit Quluzadə Yunanıstan Super Liqasında çıxış edən AEL-lə müqavilə imzalayıb. "Report"un məlumatına görə, bu barədə yarımmüdafiəçinin özü sosial şəbəkədə bildirib.
25 yaşlı futbolçu Larrisa tamsilçisi ilə 2.5 illik müqavilə imzaladığını açıqlayıb. Komanda 14 turdan sonra 13 xalla 13-cü pillədədir.
Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində Azərbaycanın "Neftçi", "Rəvan", "Qəbələ", Türkiyənin "Ərciyyəspor" və Portuqaliyanın "Atletiko" klublarında çıxış edib.