Jurnalist Sevinc Osmanqızına qarşı qaldırılan cinayət işi üzrə məhkəmə başlayıb

16:32 6 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 16:27 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nərimanov rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızı (Mirzəyeva) qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Osmanqızının nümayəndəsi çıxış edərək onunla əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı övladlarının təhsili və maddi vəziyyəti ilə bağlı məhkəmə prosesinə qatıla bilməyəcəyini açıqlayıb.

 

Bundan sonra hakim bildirib ki, Sevinc Mirzəyeva ilə bağlı İcra Hakimiyyətinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlara sorğular göndərilib və hələlik cavab əldə olunmayıb.

 

Hakim buna görə də prosesin yanvarın 13-dək təxirə salındığını deyib.

 

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma)  və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR