Tolqahan Sayışman nişanlısı Almeda Abaziye sürpriz edib.
Publika.az xəbər verir ki, aktyor toylarının həm Sevgililər günü ərəfəsinə, həm də Almedanın doğum gününə təsadüf etməsini istəyib. Aktyorun nişanlısı toylarının doğum günündə olacağını nikah evinə gedən zaman öyrənib. Almeda Abazi bu tarixi eşidəndə çox sevinib. Qeyd edək ki, Almeda Abazinin fevralın 13-də 25 yaşı tamam olacaq.
Xatırladaq ki, yaraşıqlı aktyor Tolqahan Sayışmanla Almeda Abazi noyabr ayında nişanlıb. Cütlük bir neçə aydır ki, toya hazırlıqlarına başlayıb. Cütlük artıq yeni evlərinin dizayn və dekor işlərinə də start verib.
Aytən