x
Loading...
.

Argentina Futbol Assosiasiyası 14 kluba transfer qadağası qoyub

Argentina Futbol Assosiasiyası 14 kluba transfer qadağası qoyub
20:27 13 Yanvar 2017
56 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ Argentina Futbol Assosiasiyası yüksək liqada çıxış edən 14 kluba transfer qadağası qoyub. 
"Report"un məlumatına görə, bu barədə dünən qərar qəbul olunub.
Klublar assosiasiyaya olan borclarına görə cəzalanıb. Ümumilikdə siyahıda 16 klubun adı yer alıb. Qurumdan bildirilib ki, digər iki kluba borclarını ödəmək üçün vaxt verilib.
Cəzaya məruz qalanlar "İndependyente", "San_lorenso", "Arsenal", "Urakan", "Estudiantes", "Himnasiya və Esgrima", "Lanus", "Nyuells Old Boyz", "San-Martin", "Kilmes", "Veles Sarsfild", "Olimpi", "Banfild" və "Kolon" klublarıdır.
Xatırladaq ki, Argentina Premyer Divizionunda 30 komanda çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/argentina-futbol-assosiasiyasi-14-kluba-transfer-qadagasi-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR