Nazirlər Kabineti Hesablama Palatasının yoxlamaları ilə əlaqədar Təhsil Nazirliyinin idarəsinin statusunu dəyişib

16:57 6 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 16:53 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında” qərarında dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən 2008-ci il 19 iyunda Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı qurum kimi yaradılan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bundan sonra artıq təsərrüfathesablı qurum olmayacaq.

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin “Təhsil” bölməsində təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

 

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin statusunu Hesablama Palatasının 2014-cü ildə apardığı yoxlamalar və bu yoxlamaların nəticxəsi olaraq təqdim etdiyi təklif əsasında dəyişdirib. Keçən il aparılan yoxlamalar zamanı Hesablama Palatası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müəyyən edilməmiş qayda çərçivəsində maliyyələşdirildiyini aşkarlayıb. Hesablama Palatasının yaydığı məlumatda qeyd olunurdu ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında” 19 iyun 2008-ci il 141 nömrəli qərarına əsasən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində dövlət investisiya xərcləri və xarici investisiyalar hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını nazirliyin adıçəkilən idarəsi vasitəsi ilə həyata keçirir. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə Təhsil Sisteminin Informasiyalaşdırılması Idarəsi Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı müəssisə olduğu halda, İdarənin bütün xərcləri Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılmış vəsait hesabına icra edilib. Bunu nəzərə alaraq Hesablama Palatası Nazirlər Kabinetinə təklif təqdim edib və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin hüquqi statusuna uyğun maliyyələşmə mexanizminin müəyyən edilməsini məqsədəuyğun hesab edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR