Yığmamızdan antirekord

Yığmamızdan antirekord
15:52 14 Yanvar 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki uğursuz çıxışı ilə azarkeşlərini məyus edib.

Komandamız qrup mərhələsində keçirdiyi 3 oyunda cəmi 1 xal toplayıb. Litvaya 1:2, Slovakiyaya 0:1 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələri yalnız Qazaxıstandan xal ala bilib - 2:2. Bu isə yalnız qrup sonuncusu olmaq üçün kifayət edib.
 
2009-cu ildən bu turnirin daimi iştirakçısı olan komandamız üçün qrupda 1 xal ən aşağı göstəricidir. Yığmamız 2014-cü ildə də qrupu 1 xalla tamamlamışdı. İndi isə 3 il əvvəlki antirekordu təkrarlayıb.
 
2015-ci ildə qrupda iki qələbə qazanan komanda 6 xalla rekordunu vurmuşdu. 2013 və 2016-cı illərdə 4 xala sevinən millimiz son illərdəki bu uğurunu fiasko ilə davam etdirib.
 
2009 və 2012-ci illərdə qrupda 1 qələbəsi olan yığmamız 2010 və 2011-ci illərdə 3 oyundan ikisində heç-heçəyə nail olmuşdu.
 
Qeyd edək ki, yığmamız 9-16-cı yerlər uğrunda mübarizə aparmalı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR