Ərdoğan: "Türkiyə tarixi faktların saxtalaşdırılmasına yol verməyəcək"

Ərdoğan: "Türkiyə tarixi faktların saxtalaşdırılmasına yol verməyəcək"
16:57 6 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə tarixi faktların, o cümlədən 1915-ci il hadisələrinin saxtalaşdırılmasına yol verməyəcək
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərin 7-ci konfransında çıxış edərkən deyib.

R.T.Ərdoğan qeyd edib ki, dünyada bir sıra dairələr qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd edəcəklər.

Dövlət başçısının sözlərinə görə, Ermənistan 1915-ci il hadisələrini “soyqırım” kimi təqdim etməklə həmin hadisələri saxtalaşdırmaq üçün hər cür səy göstərir: “Türkiyə bütün vasitələrlə Ermənistanın 1915-ci il hadisələrini “soyqırım” kimi təqdim etməsi cəhdlərinə qarşı mübarizə aparacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR