Türkiyə prezidenti tarixdə ilk dəfə Afrikanın üç ölkəsinə səfər edəcək
Paylaş
92 baxış·1 dəq oxu
Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə tarixində ilk dəfə Afrika qitəsində yerləşən Tanzaniya, Mozambik və Madaqaskar dövlətlərinə rəsmi səfər edəcək. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, səfər yanvarın 22-də başlayacaq və 25-də başa çatacaq. İnformasiyaya əsasən, səfər çərçivəsində əsasən iqtisadi əmədaşlığa dair məsələlər müzakirə olunacaq.