“Azəravtoyol”dan sürücülərə xəbərdarlıq

“Azəravtoyol”dan sürücülərə xəbərdarlıq
13:33 16 Yanvar 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Yasamal rayonu Nərimanov prospektində hərəkətin məhdudlaşdırılması təxirə salınıb.

Bu barədə Publika.az-a “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, "20 yanvar - Ümumxalq hüzn günü" ilə əlaqədar ətraf ərazilərdə sıxlığın yaranmasının qarşısını almaq məqsədi ilə hərəkətin məhdudlaşdırılması təxirə salınıb.
Məhdudlaşdırma 21 yanvar tarixindən tətbiq ediləcək.

Qeyd edək ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur. Bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacağı planlaşdırılırdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/183906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR