Azərbaycanlı futbolçu rəsmən "Spartak"da !

Azərbaycanlı futbolçu   rəsmən "Spartak"da !
14:47 16 Yanvar 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

“Lokomotiv”in azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədovun Moskva “Spartak”ına keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, yanvarın 18-dən qüvvəyə minəcək müqavilənin şərtləri açıqlanmır.

 

32 yaşlı Səmədov “Spartak”ın yetirməsidi. Bu klubun əsas heyətində 2002-ci ilin noyabrında debüt edən yarımmüdafiəçi “qırmızı-ağlar”ın formasıyla 59 oyuna çıxıb, 9 qol vurub,  2002/2003 mövsümündə Rusiya Kubokunu qazanıb.


2005-2016 aralığında “Lokomotiv”, “Moskva”, “Dinamo” kimi klublarda tər tökən orta xətt oyunçusu cari “futbol ili”ndə 17 matçda top qovub. O, “dəmiryolçular” üçün 5 dəfə rəqib qapıçıları məyus edib, 2 məhsuldar ötürmə verib. Səmədov Rusiya millisində keçirdiyi 35 oyunda 5 dəfə fərqlənib.

 


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-t55601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR