x
Loading...
.

AZAL-dan qış aksiyası: Aviabiletlərə 20%-lik endirim

AZAL-dan qış aksiyası: Aviabiletlərə 20%-lik endirim
14:52 16 Yanvar 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+
.

"Azərbaycan Hava Yolları" (AZAL) məşhur turizm istiqamətlərinə yeni Qış Aksiyası barədə elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 15 yanvar tarixindən 28 fevral 2017-ci il tarixinə kimi gediş-dönüş ekonom sinfi aviabileti alarkən 20%-dək endirim tətbiq olunacaq: London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Dubay və Nyu-York. Uçuş tarixi: 16 yanvar- 15 mart 2017-ci il.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/508195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR