IV İslam Həmrəyliyi Oyunlarına media akkreditasiyası başlayıb

IV İslam Həmrəyliyi Oyunlarına media akkreditasiyası başlayıb
15:22 16 Yanvar 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına media akkreditasiyası başlayıb. Bu barədə "Report"a Oyunların Əməliyyat Komitəsindən məlumat verilib.
Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər (https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi). Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda Oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.
Akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur. Müraciətlər aprelin 1-dək davam edəcək. Martın 31-dən sonra media nümayəndələri tərəfindən akkreditasiya üçün edilən müraciətlərə baxılmayacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 mayda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/iv-i-slam-hemreyliyi-oyunlarina-media-akreditasiyasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR