Xalq şairi Fikrət Qocanın bu günlərdə "Ədəbiyyat” qəzetində yeni şeirləri dərc edilib. Şairin şeirləri sırasında yer alan "Bahar gəlir" şeirindəki bir beytlə bağlı sosial mediada müəyyən iradlar, ironik yanaşmalar sərgilənib.
Filologiya elmləri namizədi Yadigar Cəfərli həmin şeirlərə
diqqətə çəkərək qeyd edib ki, Fikrət Qoca dəyərli şairdir, hər şey
bir kənara, elə "Gəl ey səhər" və "Payız gəldi" mahnılarının
sözləri onun mədəniyyət tariximizdə əbədi qalmasına bəs edər. Amma
şairin "Bahar gəlir" şeirlərindəki bu beytini anlaya bilmədim ki,
ciddi şeirdə belə bir mübahisəli ifadə işlətmək olarmı:
Bir yaşıl ot cücəribdi
Qışı-qarı nə hərləyir
Bundan başqa dilçi qeyd edib ki, "Hərləmək" ifadəsi bəzi
bölgələrimizdə normal sözdür, yəni təxminən "nə vecimə” anlamı
daşıyır. Amma müəyyən bölgələrimizdə də vulqar mənası var.
Qeyd edək ki, Y. Cəfərlinin bu statusuna şəbəkə istifadəçiləri
çoxsaylı şərhlər yazıb və həmin şərhlərin ən maraqlı olanlarını
oxuculara təqdim edirik: "
Fərqanə Allahverdiqızı: Fikrət Qoca da
müasirləşib.
Ramin Qasimov: Şair əslən Ağdaş rayonundandır. O
tərəflərdə isə bu ümumişlək sözdür. Göyçay, Ucar, Ağdaşda bu söz
çox işlənir və neqativ yükü çox deyil.
Ruslan Xəlil: Yaxşı ki, o sözün tam vulqar
formasını yazmayıb.
Zöhrə Quliyeva: Yenə də böyük şairdir. Şairlərin
də bəzi misralarında yerli dialektik sözlərə rast gəlmək olur. Onun
da öz duzu, dadı var. "Gəl ey səhər"in özü şedevrdi. Musiqisi da
Polad Bülbülogluna aiddir. Mancə bu şeir yetərlidir.
Hafiz Babalı: "Hərləməyi" qoyaq kənara, şairə
məsləhət vermək kimi çıxmasın, "Bir yaşıl ot cücəribdi" əvəzinə,
"Bir topa ot cücəribdi" daha məntiqli olmazdımı?
Samira Burceliqizi: Məncə, heç bir səhv getməyib.
Şair bilə- bilə belə yazıb. Bu bənddə açıq aşkar aqressiya var.
Günümüzün reallığını əks etdirib. Hərə bir cür başa düşə bilər.
Amma burda vulqar sözdən çox vulqarlığa söz deyilib
Bütün irad və ittihamlara cavab verən xalq şairi açıqlamasında
bunları deyib:
"Şeirdə əsas məsələ odur ki, nə olur-olsun, dirçəlmə gəlir, həyat
fonunu, əngini dəyişir. Təbiət yeniləşir. Bahar gəlir, yəni həyat
gəlir, yaşamaq gəlir. Mən şeirdə bu sevinci bölüşmüşəm. Bəlkə onun
kefi istəyən kimi alınmayıb. Bəlkə o daha yaxşı bir şeylər edə
bilərmiş. Mən bu qədərini hiss eləmişəm. Burada böyük müəmma
yoxdur. Bu, böyük insan sevincidir. Bulaq kimi, su kimi axmaqdır.
Ot cücərib, yəni o artıq yaşayır. Onun üçün bu bayramdı, həyatdı.
"Nə hərləyir" ifadəsi Şirvan zonasında pis mənada işlənmir. Şeirdə
də pis mənda işlənməyib. Kimin nə fikirləşdiyini bimirəm. Mən
baharın gəlişini göstərmişəm, vəssalam! Şeirimi oxuduğuna görə, ona
təşəkkür edirəm". (sherg.az)