Rusiya futbol üzrə Valentin Qranatkin turnirinin qalibi olub
Paylaş
75 baxış·1 dəq oxu
Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın 18 yaşadək futbolçulardan ibarət yığma komandası Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin finalında Qazaxıstan yığmasını məğlub edib. Görüş 1:0 hesabı ilə başa çatıb. “Report” xəbər verir ki, oyunda yeganə qolu 27-ci dəqiqədə Nikita Polyakov vurub. Yarışın bürünc medalını Sankt-Peterburq yığması əldə edib. Komanda üçüncü yer uğrunda görüşdə Yunanıstandan güclü olub (4:2).