Bakı. 23 yanvar. REPORT.AZ/ Naməlum şəxslər Şimali İrlandiyada bir polis zabitini yaralayıb.
"Report" "Guardian"a istinadən xəbər verir ki, hadisə Şimali İrlandiyanın paytaxtında baş verib.
Məlumata görə, hadisə paytaxtda qeydə alınıb. Belə ki, silahlılar Belfasda yanacaqdoldurma stansiyasında avtomobildən polis patruluna atəş açıblar.
Atəş nəticəsində bir polis zabiti xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin sabit olduğu bildirilir.
Federasiya polisi baş vermiş hadisəni terror aktı adlandırıb. "Bizim polis zabitlərimizdən birinin Belfasdakı terror atışması zamanı yaralanması barədə məlumat var" – deyə federasiya polisi xəbər yayıb.
"Guardian" hadisənin seçkiöncəsi baş verdiyini qeyd edib.