"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, səfərlərinə Tanzaniyadan başlayıb. Dövlət başçısı adıçəkilən ölkədədir.
Tanzaniyadan əlavə, Türkiyə lideri Mozambik və Madaqaskara da səfər edəcək. Səfər zamanı R.T.Ərdoğan bu ölkələrlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı ilə mübarizə məsələsini müzakirə edəcək.