IV Beynəlxalq muğam festivalı çərçivəsində Kamera və orqan musiqisi zalında konsert olub

21:28 14 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, Salihə Əliyeva, AZƏRTAC
IV Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında orqan musiqisi konserti olub.
AZƏRTAC xəbər verir ki, konsert Rasimə Babayevanın ifasında (orqan) Nazim Əliverdibəyovun “Bayatı Şiraz”ı ilə başlanıb.
Beynəlxalq müsabiqə laureatları Səbinə Bədəlbəyova (orqan) və Murad Kərimli (skripka) Asəf Zeynallının “Muğamsayağı” əsərini ifa ediblər.
Konsertin proqramında Azərbaycan klassiklərinin digər əsərləri də səsləndirilib.
Tamaşaçılar arasında IV Beynəlxalq muğam festivalının iştirakçıları da olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IV_Beynelxalq_mugam_festivali_cherchivesinde_Kamera_ve_orqan_musiqisi_zalinda_konsert_olub-839441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR