Balaca Silvianın həyat hekayəsi

Balaca Silvianın həyat hekayəsi
23:12 14 Mart 2015
218 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tanzaniyanın ucqar kəndlərindən birində yaşayan səkkiz yaşındakı Silvia yaxşı bir təhsil almağa qərarlıdır. Ancaq onun bu arzusu hər bir dərs günü tək başına uzun və təhlükəli, bir saat yarımlıq bir yolu piyada getməsi anlamına gəlir. Yoxsul ailəsinin Silviaya ayaqqabı, ya da məktəb forması almağa gücü çatmır. Amma Silvia yenə də şanslı uşaqlardandır. Çünki, Afrikada məktəb yaşına çatmış yarısı qız 29 milyon uşaq hələ də məktəbə gedə bilmir.
 
Milli.Az kayzen.az-a istinadən bildirir ki, Silvia daha çox kiçik olarkən atası vəfat edincə anası yenidən evlənmişdir. Hal-hazırda Silvia ailəsi ilə Darüssəlam şəhərindən təxminən 300 kilometr uzaqda, əkin ərazilərinin ortasında, ən yaxın yola yarım saat məsafədə bir evdə yaşayır. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 1999-2008 illər arasında Afrikadakı qız uşaqlarının məktəbə getmə faizi 54-dən 74-ə yüksəlmişdir. Ancaq hələ də 16 milyon qız uşağı məktəb təhsili ala bilmir. Yeri gəlmişkən Tanzaniyada pulsuz təhsil sisteminə 2001-ci ildə keçilib
 
Ögey atası Silvianın orta məktəbə getməsini maddi bir yük olaraq görür, amma Silvia bunun həm özünə, həm ailəsinə faydalı olacağını düşünür. "Müəllimlərimiz qarşı hiss etdiyim hörmət üzündən mən də müəllim olmaq istəyirəm. Bu yolla məni gözləyən həyatdan daha yaxşı bir həyata sahib ola bilərəm" deyə Silvia vurğulayır.
 
Silvianın tədris aldığı məktəb evindən 7 kilometr uzaqda bir qəsəbədə yerləşir. Əsas avtomobil yoluna çatmaq üçün əkin tarlalardan keçmək məcburiyyətindədir. Ərazi şərtləri çox çətindir. Kollar, ağaclar yol boyunca qıçlarını, ayaqlarını yaralayır. Silvianın məktəbə gedərkən ilanlardan və digər təhlükələrdən uzaq, etibarlı bir yol tapması lazımdır.
 
Silvia bu yolu ayağında tərlikləriylə qət edir. Başmaqları könəldikdə, bu yolu çılpaq ayaqla getmək məcburiyyətindədir. Bu arada, məktəb formasını da təmiz saxlaması lazımdır, yoxsa məktəbə girməsinə icazə vermirlər. Formasını yaxşı saxlaması lazımdır, çünki yalnız bir köynəyi və bir ətəyi var və ailəsinin yenisini almağa gücü çatmır. Məktəbə pul ödəmir olsalar da kitablar və məktəb forması onlar üçün bahalıdır
 
Silvianın məktəb səfəri daha sonra avtomobil yolu kənarı ilə davam edir. Quraq mövsümün yandırıcı istisində, yoldan keçən yük maşınlarının yaratdığı toz buludu içində və mal-qara sürülərinin arasında gəzmək məcburiyyətindədir. Yağışlı mövsümdə isə yollar keçilməz olur, keçən yük maşınları isə Silviayı başdan aşağı palçığa bulayır. Yollarda kanalizasiya və su sistemi olmadığı üçün kiçik qız kimi zaman-zaman su gölməçələri ilə mübarizə etmək məcburiyyətindədir
 
Avtomobil yolunun təhlükələrindən uzaq olmağı seçərsə, Silvia qəsəbəyə doğru gedən dəmiryolunu da təqib edə bilər. Ancaq bu yol həm sürətlə keçən qatarlar, həm də gözdən uzaq bir bölgə olması səbəbiylə başqa təhlükələri özündə cəmləyir. Bu cür ərazilərdə uşaqların insan alverçiləri tərəfindən qaçırılma riski vardır
 
Bir digər seçim isə, Silvianın ana yoldan uzaqdakı ara yollardan məktəbə getməsidir. Ancaq bu bölgələr də qız uşaqları üçün təhlükəlidir. Bu ərazilərdə təcavüz hadisələrinə olduqca tez-tez rast gəlinir. Bu yol, eyni zamanda yaxındakı həbsxanadan, əhv olmalarına qısa müddət qalan məhkumların işlədikləri tarlaların içindən keçir. Bu səbəbdən də əsas yollarda qruplar halında getmək qız uşaqları üçün daha təhlükəsizdir.
 
Bütün bu təhlükələri sovuşdurduqdan sonra Silvia məktəbə gedən ağaclarla örtülmüş bir yola dönür. Günün sonunda evinə çatmaq üçün bu səfəri yenidən etməsi lazımdır. Silvia qeyd edir ki, bu yolu sevməsə də, bəzən çox qorxsa da yaxşı bir təhsil almaq üçün hər şeyi etməyə razıdır.
 
Elm, təhsil və mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı - UNESCO-ya görə Afrikada ibtidai məktəbdən sonra təhsilə davam edən qız uşaqlarının nisbəti yüzdə 62-dir, ancaq bu nisbət orta təhsilin pullu olduğu Tanzaniya üçün yalnız yüzdə 32-dir. Plan International social yardım təşkilatı Silvia kimi uşaqların ibtidai təhsildən orta təhsilə keçmələrinə köməkçi olur. Silvianın kəndindəki ailələr uşaqların bu qədər çətin bir səfər etməməsi üçün bir gün buraya da ibtidai məktəb inşa ediləcəyini ümid edir.
 
Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/329603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR