Nemtsovun hesabatı dərc olunacaq

Nemtsovun hesabatı dərc olunacaq
11:32 15 Mart 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Boris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib.
 
Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.
 
İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.
 
Bundan əvvəl İlya Yaşin Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR