Bu gün Topaz Premyer Liqasında XV tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə meydana “Zirə” və AZAL çıxacaq. Bu görüş Ayxan Abbasovun “Zirə”nin baş məşqçisi kimi ilk rəsmi oyunu olacaq. Gənc çalışdırıcı qələbə ilə debüt etmək niyyətindədi. AZAL-ın isə rahat təslim olmaq fikri yoxdu. “Zirə”dən fərqli, təlim-məşq toplanışını ölkə daxilində keçirən “təyyarəçilər” qış fasiləsi öncəsi “Neftçi” üzərindəki qələbənin ardını gətirmək arzusundadılar.
Tura əzəli rəqiblərin dueli - “Qarabağ” - “Neftçi” matçı ilə yekun vurulacaq. Qış fasiləsinə ilk pillədə yollanan Ağdam klubu cari mövsümdə “ağ-qaralar”la keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Lakin budəfəki oyunda Qurban Qurbanovun yetirmələrinin işinin asan olmayacağı ehtimal edilir. Bu da “Neftçi”nin qış “transfer pəncərəsi”ndəki fəallığı ilə əlaqədardı. Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Ruslan Abışovdan sonra fransalı hücumçu Hüqo Barqasla müqavilə imzalayan “ağ-qaralar” uğursuz çıxışa son qoymaq, “Qarabağ”la oyunlardakı tilsimi qırmaq niyyətindədi.

Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qəbələ" "Sumqayıt"la "sülh" bağlayıb, "İnter" "Kəpəz"i məğlub edib (4:1).
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XV tur

29 yanvar
15.00 Zirə - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
17.30 Qarabağ - Neftçi
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Suraxanı qəsəbə stadionu.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

15

9

5

1

31:8

32

2

Qarabağ

14

10

2

2

26:6

32

3

İnter

15

7

7

1

25:13

28

4

Sumqayıt

15

4

6

5

14:19

18

5

Zirə

14

4

3

7

11:15

15

6

Kəpəz

15

3

6

6

11:17

15

7

Neftçi

14

3

0

11

9:30

9

8

AZAL

14

1

5

9

6:25

8

Bombardirlər

Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7.

Fanat.Az