Azərbaycanda avro və dollar ucuzlaşıb

09:52 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 09:49 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün martın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0487 manat səviyyəsində müəyyən edilib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0104 manat və ya 0,93% ucuzlaşaraq 1,1019 manat olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR